Seneqalda polislə müxalifətçilər arasında toqquşma olub, azı 9 nəfər ölüb

Seneqalda polislə müxalifətçilər arasında toqquşma olub, azı 9 nəfər ölüb
# 02 iyun 2023 13:58 (UTC +04:00)

Seneqalda polislə müxalifətçilər arasında baş verən toqquşmada azı 9 nəfər ölüb.

APA xəbər verir ki, bu barərə “The Washington Post” nəşri yazıb.

Nəşrin xəbərinə görə, bu gün Seneqal müxalifətinin lideri Ousmane Sonkonun tərəfdarları ilə polis arasında toqquşmalar baş verib, ilkin məlumatlara əsasən, azı 9 nəfər həlak olub və bunun ardınca ölkə rəhbərliyi bir neçə sosial media platformasının fəaliyyətini dayandırıb.

Ölkənin daxili işlər nazirinin açıqlamasında deyilir ki, ölümlə nəticələnən qanlı qarşıdurmalar əsasən paytaxt Dakarda, Seneqalın cənubunda yerləşən və Sonkonun meri olduğu Ziquinçor (Ziguinchor) şəhərlərində baş verib.

Xatırladaq ki, Sonko əvvəllər məhkum edilib, lakin sonradan bəraət qazanıb. Bunun ardınca isə, məhkəmə tərəfindən yenidən 2 il müddətinə azadlıqdan məhrum edilib, lakin prosesdə iştirak etmədiyi üçün barəsində qiyabi həbs qərarı çıxarılıb.

Sonko tərəfdarları isə məhkəmənin bu addımının gələn il keçiriləcək prezident seçkilərində onun iştirakının qarşısını almaq üçün atıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR