Somalidə 13 terrorçu öldürülüb

Somalidə 13 terrorçu öldürülüb
# 15 avqust 2022 01:43 (UTC +04:00)

Somalidə "Əş-Şəbab" terror qruplaşmasının 13 üzvü öldürülüb.

APA xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Bildirilir ki, terrorçular Quru Qüvvələri ilə ABŞ Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı nəticəsində öldürülüb.

Hava zərbələri Hiran bölgəsindəki hədəflərə endirilib. Ölənlər arasında terror qruplaşmasının komandirləri də var.

Əl-Şəbab qruplaşması 2004-cü ildə Somalidə yaradılıb. 2008-ci ildən onun yaraqlıları vaxtaşırı terror aktları törədirlər. 2010-cu ilə qədər qrup geniş ərazilərə nəzarət etsə də, 2011-ci ilin yayında Somalinin paytaxtı Moqadişunu tərk etməyə və ölkə hökumətinə, onun müttəfiqlərinə qarşı partizan taktikasına keçməyə məcbur olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR