Somalidə deputatın maşını yaxınlığında partlayış olub, iki nəfər ölüb

Somalidə deputatın maşını yaxınlığında partlayış olub, iki nəfər ölüb
# 19 sentyabr 2019 06:12 (UTC +04:00)


Somalinin paytaxtı Moqadişoda baş verən partlayış nəticəsində iki nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bomba paytaxtın mərkəzində yerli millət vəkili Abdulkadir Arabounun olduğu avtomobilin yaxınlığında partlayıb.

Partlayış nəticəsində deputatın cangüdəni və sürücüsünün öldüyü bildirilir. Arabou özü xəsarət almayıb.

Yerli radioda partlayış nəticəsində daha bir neçə nəfərin yaralandığını xəbər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR