Sudan Silahlı Qüvvələrinin aviasiyası xüsusi təyinatlı qüvvələrin mövqelərinə zərbələr endirib, ölənlər var

Sudan Silahlı Qüvvələrinin aviasiyası xüsusi təyinatlı qüvvələrin mövqelərinə zərbələr endirib, ölənlər var
# 04 iyun 2023 19:17 (UTC +04:00)

Sudan ordusunun aviasiyası bazar günü Xartum yaxınlığındakı çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) mövqelərinə zərbələr endirib.

APA xəbər verir ki, Əl-Cəzirə telekanalının məlumatına görə, paytaxtın şərqində yerləşən ərazilər atəşə tutulub.

“Əl Hadath” telekanalı isə Şimali Xartum şəhərinin şimalında ordu aviasiyası tərəfindən həyata keçirilən hava hücumu barədə məlumat yayıb. Məlumata görə, əməliyyat güclü artilleriya atəşi ilə müşayiət olunur.

Paytaxtın bir neçə rayonunda ordu ilə xüsusi təyinatlılar arasında toqquşmalar gedir. Omdurman şəhərində də atışma səsləri eşidilir. Al Hadath-ın məlumatına görə, Sudanın qərbindəki Darfur bölgəsində döyüşlər davam edir. Kanalın mənbələri bildiriblər ki, Şimali Darfur əyalətində yerləşən və ən şiddətli toqquşmaların baş verdiyi Kutum şəhərində son günlər ölənlərin sayı ən azı 40 nəfər olub, əksəriyyəti mülki şəxslərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR