Sudanda baş verən qarşıdurmalarda 160 nəfər ölüb

Sudanda baş verən qarşıdurmalarda 160 nəfər ölüb
# 25 aprel 2022 07:49 (UTC +04:00)

Sudanın Darfur regionunda baş verən qarşıdurmalarda azı 160 nəfər ölüb.

APA-nın xəbərinə görə, bunu Darfur Qaçqınlarının Baş Koordinatorluğu məlumat verib.

Bildirilib ki, qarşıdurma bir qəbilənin digərinə qisas məqsədi ilə hücumundan sonra başlayıb. Tayfalar toqquşma zamanı evləri yandırıb, mal-qaranı aparıblar. Həkimlər ölənlərin sayının artacağından narahatdırlar. Xəstəxanalardakı 50-dək yaralının vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR