Sudanda qəbilələrarası toqquşmalarda 50 nəfər ölüb

Sudanda qəbilələrarası toqquşmalarda 50 nəfər ölüb
# 01 aprel 2022 02:55 (UTC +04:00)

Sudanın Darfur regionunda qəbilələrarası toqquşma insan tələfatı ilə nəticələnib.

APA-nın xəbərinə görə, ərəb əsilli və Afrika əsilli 2 tayda arasında qarşıdurma 50-dək insanın ölümü ilə nəticələnib.

Ölənlər arasında qadınlar və uşaqlar da var. Yerli idarəetmə orqanlarının məlumatına görə, 3 gün əvvəl bu qəbilələr arasında toqquşma 15 nəfərin ölümü ilə nəticələnmişdi. Xəstəxanadakı mənbələr 20-dən çox adamın yaralandığını bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR