Sudanda yağışlar və daşqınlar səbəbindən azı 60 nəfər ölüb

Sudanda yağışlar və daşqınlar səbəbindən azı 60 nəfər ölüb
# 25 avqust 2019 06:36 (UTC +04:00)

Sudanda iyulun əvvəlindən başlayan güclü yağışlar və daşqınlar nəticəsində azı 60 nəfər ölüb, 101 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Sinhua” agentliyi yerli rəsmi dairələrə istinadən məlumat yayıb.

“Yağışlar və daşqınlar bütün ölkəni bürüyüb”, - ölkənin səhiyyə nazirinin müavini Süleyman Adbud-Cabbar belə deyib.

Bildirilir ki, yağıntılardan ən çox Ağ Nil əyaləti ziyan görüb. Ən çox ölüm halları evlərin və tikililərin dağılması, eləcə də elektrik cərəyanı vurması nəticəsində qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR