Süveyş kanalı 2021-ci ildə rekord həcmdə gəlir əldə edib

Süveyş kanalı 2021-ci ildə rekord həcmdə gəlir əldə edib
# 03 yanvar 2022 03:45 (UTC +04:00)

2021-ci ildə Süveyş kanalının gəlirləri 6.3 milyard dollara çatıb ki, bu da kanalın tarixində ən böyük rəqəmdir.

APA-nın xəbərinə görə, bu barədə kanalın administrasiyasının rəhbəri Usama Rabia bildirib.
Onun sözlərinə görə ötən il kanalın tarixindəki rekord təzələnib. 2020-ci ildə müəssisənin gəliri 5.6 milyard dollar olduğu halda, 2021-ci ildə bu rəqəm 12.8% artaraq 6.3 milyarda yüksəlib.

Ötən il eyni zamanda kanaldan keçən yüklərin də kütləsi 8% artaraq 1.27 milyard tona çatıb. İl ərzində kanaldan 20 965 gəmi keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR