Tunisdə prezident seçkiləri keçirilir

Tunisdə prezident seçkiləri keçirilir
# 15 sentyabr 2019 12:22 (UTC +04:00)

Bu gün Tunisdə prezident seçkiləri keçirilir.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 08.00-da səsvermə başlayıb, saat 18.00-da başa çatacaq.

Ölkədə 7 milyon səsvermə hüququna malik seçicinin səs verməsi üçün 30 min seçki məntəqəsi təşkil edilib. Dünən isə xaricdə yaşayan 400 min tunislinin səsverməsi başlayıb və xarici ölkələrdə yaradılan məntəqələrdə səsvermə 3 gün davam edəcək.

Qeydiyyatdan keçmiş 26 namizəddən 24-ü prezident postu uğrunda mübarizə aparır. Namizədlərdən ikisi müdafiə naziri Abdel Kərim az-Zbeydinin xeyrinə namizədliyini geri götürüb. Prezident postu uğrunda əsas mübarizənin iki namizəd – mediamaqnat Nabil Karui və islamçı Əbdülfəttah Muru arasında gedəcəyi proqnozlaşdırılır.

Seçkilərin birinci turunun nəticələrinin sentyabrın 17-də açıqlanması nəzərdə tutulub. Namizədlərdən hər hansı biri 50 faizdən çox səs toplamazsa, seçkilərin ikinci turu oktyabrın 13-də keçiriləcək.

Qeyd edək ki, Tunisdə növbədənkənar prezident seçkiləri son 5 ildə ölkəyə rəhbərlik etmiş Əl-Baci Qaida as-Sebsinin vəfatından sonra təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR