Türkiyə Liviya ilə təbii qaz sahəsində sənəd imzalayacaq

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 03 oktyabr 2022 16:34 (UTC +04:00)

Türkiyə liviyalı qardaşlarına sülh və sabitliyi təmin etmək yolunda dəstək verməyə hazırdır.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Liviyaya səfəri çərçivəsində mətbuat konfransında deyib.

O qeyd edib ki, Türkiyə Liviya ilə nizami ordu quruculuğu məsələsində əməkdaşlığı davam etdirəcək. Nazir Liviya və Türkiyə arasında Şərqi Aralıq dənizində fikir birliyinin olduğunu da bildirib.

Nazir Çavuşoğlunun sözlərinə görə, iki ölkə karbohidrogenlər və protokol sahəsində Anlaşma Memorandumları imzalayıb. Eyni zamanda, xüsusən təbii qaz sahəsində də iki ölkə arasında bənzər sənədlər imzalanacaq.

“İmzaladığımız karbohidrogenlər sahəsindəki razılaşmamız həm quruda, həm də dənizdə Türkiyə və Liviya şirkətlərinin birlikdə araşdırma, qazma fəaliyyətlərində əməkdaşlığı hədəfləyir. Qaz sahəsindəki razılaşma isə Energetika nazirlikləri arasında müzakirə edilir və imzalanandan sonra onun məzmununu açıqlayacağıq”, - Çavuşoğlu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR