Xəzər rayonunda yeniyetmə oğlan bıçaqlanıb, vəziyyəti ağırdı

Xəzər rayonunda yeniyetmə oğlan bıçaqlanıb, vəziyyəti ağırdı
# 21 avqust 2019 22:21 (UTC +04:00)

Bakının Xəzər rayonunda 17 yaşlı oğlan bıçaqlanaraq ağır xəsarət alıb.

APA xəbər verir ki, Binə qəsəbəsi, Südçülük sovxozunda 2002-ci il təvəllüdlü Quliyev Azər Arif oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. A.Quliyevə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR