Yunanıstanın Liviyadakı səfiri vəzifəsinin icrasına başlamadan geri qayıdıb

Yunanıstanın Liviyadakı səfiri vəzifəsinin icrasına başlamadan geri qayıdıb
# 09 dekabr 2022 20:48 (UTC +04:00)

Yunanıstanın Liviyaya yeni təyin olunmuş səfiri Nikos Kotrokois etimadnaməsini təqdim etmədən Afinaya qayıdıb.

APA-nın antinews.gr saytına istinadla xəbərinə görə, oktyabrda Tripoliyə yollanan diplomatın geri qayıtmasına səbəb 2 ölkə arasında hökm sürən gərginlikdir.

Sayt yazır ki, noyabrın 28-də səfirin geri qayıdaraq XİN aparatında işini davam etdirməsi qərara alınıb. Yunanıstanın Xarici İşlər Nazirliyində nə baş verdiyi naməlumdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR