ABŞ-da biznes və əhaliyə yardım fondlarından 100 mlrd. dollar oğurlanıb

ABŞ-da biznes və əhaliyə yardım fondlarından 100 mlrd. dollar oğurlanıb
# 22 dekabr 2021 09:31 (UTC +04:00)

Fırıldaqçılar cinayət sxemləri vasitəsilə ABŞ hökumətinin pandemiya dövründə əhalini və biznesi dəstəkləmək üçün ayırdığı vəsaitdən təxminən 100 mlrd. dollar oğurlayıblar.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Məxfi Xidmətinin sözügedən sahədə cinayətlərin açılması üzrə koordinatoru Roy Dotson bildirib.

Qurumun hesablamalarına görə, oğurlanmış məbləğ ölkə sakinlərinə və bizneslərə yardım üçün ayrılan 3,4 trln. dolların təxminən 3%-ni təşkil edir. Bunun mühüm hissəsi işsizlik müavinətlərinin ödənilməsinə ayrılan pulun payına düşür. ABŞ Əmək Departamenti 87 mlrd. dolların mümkün sui-istifadəsi barədə məlumat verib və bunun böyük hissəsinin fırıldaqçıların əlinə keçdiyi bildirilir.

Hazırda ABŞ Məxfi Xidməti işsizlik sığortası və kredit fırıldaqçılığı ilə bağlı yoxlamalar çərçivəsində hökumətin yardım paketindən 1,2 mlrd. dolları dondurub. Ümumilikdə, hazırda bütün ştatlarda 900-dək araşdırma aparılır, 100-ə yaxın adam həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR