ABŞ-ın Kaliforniya ştatına rekord həcmdə qar yağıb

ABŞ-ın Kaliforniya ştatına rekord həcmdə qar yağıb
# 28 dekabr 2021 02:55 (UTC +04:00)

ABŞ-ın Şimal-Qərb ərazilərində çovğun qeydə alınıb.

APA-nın xəbərinə görə, Kaliforniya ştatının dağlıq ərazilərinə sutka ərzində 1 metrdən çox qar yağıb.

Syerra Nevada dağlarında qarın hündürlüyü 492 santimetrə çatıb ki, bununla da 1970-ci ildə qeydə alınmış rekord yenilənib. Həmin ilin dekabrında qar təbəqəsinin qalınlığı 455 sm olmuşdu. Sinoptiklər gün ərzində daha 30 sm qalınlıqda qar yağmasını proqnozlaşdırıblar.

Çovğun qonşu Oreqon və Vaşinqton ştatlarında da həyatı iflic edib. 300-dən çox təyyarə reysi ləğv edilib, 400-dək reys gecikib. Bir çox yaşayış məntəqəsinin elektrik təchizatında fasilələr yaranıb, nəqliyyatın işi çətinləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR