ABŞ Kosovonu Serbiya ilə gərginliyi artırmaqda ittiham edib

ABŞ Kosovonu Serbiya ilə gərginliyi artırmaqda ittiham edib
# 26 may 2023 22:47 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, tanınmamış Kosovonun şəhər administrasiyalarının binalarını ələ keçirmək cəhdləri Belqraddakı hakimiyyətlə gərginliyi daha da artırıb.

APA-nın məlumatına görə, Blinken ABŞ-ın Kosovo Vaşinqtonun və Kosovonun Avropadakı tərəfdaşlarının tövsiyyələrinə zidd hərəkətlərini qətiyyətlə pislədiyini bildirib.

"Bu hərəkətlər gərginliyin kəskin və lüzumsuz artmasına səbəb olub, Kosovo ilə Serbiya arasında münasibətlərin normallaşmasına kömək etmək səylərimizə xələl gətirib və Kosovo ilə ikitərəfli münasibətlərimizə təsir edəcək", - ABŞ diplomatiyasının rəhbəri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR