Bayden Nobel Sülh Mükafatı laureatı, arxiyepiskop Tutunun vəfatı ilə bağlı başsağlığı verib

Arxiyepiskop Desmond Tutu

© APA | Arxiyepiskop Desmond Tutu

# 27 dekabr 2021 05:15 (UTC +04:00)

Prezident Co Bayden ailəsi və Amerika xalqı adından 1984-cü il Nobel Sülh Mükafatı laureatı olmuş cənubi afrikalı arxiyepiskop Desmond Tutunun vəfatı ilə bağlı başsağlığı verib.

“Milad bayramından sonra bu səhər biz Allahın və xalqın həqiqi xidmətçisi, Cənubi Afrikanın arxiyepiskopu Desmond Tutunun vəfatı xəbərini aldıq”, deyə ABŞ liderinin başsağlığında vurğulanıb.

Bayden arxiyepiskopla şəxsi görüşlərini xatırladaraq bildirib ki, Desmond Tutu müasir Cənubi Afrikanın ən əhəmiyyətli qurucu Atalarından biridir.

Qeyd edək ki, dünyaca məşhur olan Desmond Tutu dekabrın 26-da 90 yaşında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR