Baydenin pandemiyanın bitməsi ilə bağlı açıqlaması Ağ Ev işçilərini təəccübləndirib

Baydenin pandemiyanın bitməsi ilə bağlı açıqlaması Ağ Ev işçilərini təəccübləndirib
# 19 sentyabr 2022 08:22 (UTC +04:00)

ABŞ prezidenti Co Baydenin COVID-19 pandemiyasının sona çatması ilə bağlı açıqlaması Ağ Evin səhiyyə rəsmilərini təəccübləndirib.

APA-nın məlumatına görə, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Baydenin CBS telekanalına verdiyi müsahibədə ABŞ-da COVID-19 pandemiyasının bitməsi ilə bağlı çıxışı bəzi səhiyyə işçilərini təəccübləndirib.

Həmçinin, ABŞ Prezident Administrasiyasının iki rəsmisi müsahibə çərçivəsində bu bəyanatın nəzərdə tutulmadığını qeyd edib.

Amerikanın Cons Hopkins Universitetinin məlumatına görə, son 28 gündə ABŞ-da 2 milyondan çox koronavirusa yoluxma faktı aşkarlanıb, 12 mindən çox insan ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR