BMT Baş Assambleyası təqdim olunan çox sayda qətnamə və qərar layihələri ilə yanaşı, təşkilatın 2022-ci il üçün 3,12 milyard dollarlıq həcmdə büdcəsini təsdiqləyib.
APA xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, iclasın tam hesabatı dekabrın 27-də dərc olunacaq.