Braziliyada beton pilitənin çökməsi nəticəsində 9 nəfər həlak olub

Braziliyada beton pilitənin çökməsi nəticəsində 9 nəfər həlak olub
# 21 sentyabr 2022 04:59 (UTC +04:00)

Braziliyanın San-Paulo şəhəri yaxınlığındakı sənaye zonasında anqarda beton pilitənin çökməsi nəticəsində 9 nəfər həlak olub.

APA-nın “G1” portalına istinadən verdiyi məlumata görə, konstruksiyalar Braziliyanın konteyner şirkətinin iclasında iştirak edən insanların üzərinə düşüb.

Ümumilikdə binada 64 nəfər olub, 9 nəfər həlak olub, 31 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR