Leysan və daşqın Braziliyada insan tələfatına səbəb olub

Braziliyada daşqın

© APA | Braziliyada daşqın

# 26 dekabr 2021 05:36 (UTC +04:00)

Braziliyada aramsız yağışlar ölkənin şimalındakı Bahiya ştatında təbii fəlakətə səbəb olub.

APA-nın xəbərinə görə, çaylar məcrasından çıxdığı üçün ştatın 66 yaşayış məntəqəsinin 11 min sakini təhlükəsiz ərazilərə köçürülüb.

Təbii fəlakət nəticəsində 17 nəfər həyatını itirib, 4200 nəfərdən çox sakinə mülki müdafiə qüvvələri yaşadıqları ərazidə yardım göstərib. Onların da təxliyə olunması üçün genişmiqyaslı əməliyyat başlayıb.

Ştatın mərkəzi olan Salvador şəhərinə bir neçə gün ərzində 250 millimetrdən çox yağıntı düşüb ki, bu da aylıq normadan 5 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR