Trampın “Facebook” və “Instagram” hesabları bərpa ediləcək

Trampın “Facebook” və “Instagram” hesabları bərpa ediləcək
# 26 yanvar 2023 02:58 (UTC +04:00)

“Meta” şirkəti ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Facebook” və “Instagram” hesablarını yaxın həftələrdə bərpa edəcək.

APA xəbər verir ki, bu barədə “Axios” portalı şirkətin qlobal məsələlər üzrə prezidenti Nik Kleqa istinadən məlumat yayıb.

İki ildir deaktiv olan hesablar dərhal bərpa olunmayacaq.

Kleqin sözlərinə görə, platformalarda müəyyən yenilənmələr prosesi uzada bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR