"Boeing" şirkətinin rəhbəri istefa verib

"Boeing" şirkətinin rəhbəri istefa verib
  • Clock-gray 19:18
  • calendar-gray 23 Dekabr 2019

"Boeing" şirkətinin idarə heyətinin sədri və icraçı direktoru Dennis Muilenburq vəzifəsindən istefa verib.

APA-nın xəbərinə görə, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

"Boeing" şirkətinin maliyyə direktoru Qres Smith yeni rəhbər təyin seçilənədək müvəqqəti icraçı direktor vəzifəsini icra edəcək.

Şirkətin yaydığı məlumatda bildirilib ki, Direktorlar Şurası tənzimləyicilər, müştərilər və bütün digər maraqlı tərəflərlə münasibətləri düzəltmək və "Boeing"-ə olan inamı bərpa etmək üçün rəhbərliyin dəyişdirilməsi ilə bağlı qərar verib.

"Şirkətin yeni rəhbərliyi altında "Boeing" tam şəffaflığa əməl edəcək, o cümlədən digər qlobal tənzimləyicilər və müştərilərlə effektiv və aktiv ünsiyyətə dair yenilənmiş bir öhdəliklə fəaliyyət göstərəcək", - deyə qeyd olunub.

 

Zümrüd Paşkin

Digər xəbərlər