"Toyota" 3,4 milyon avtomobili texniki nasazlıq səbəbindən geri çağırıb

"Toyota" 3,4 milyon avtomobili texniki nasazlıq səbəbindən geri çağırıb
  • Clock-gray 06:12
  • calendar-gray 22 Yanvar 2020

Yaponiyanın Toyota Motor Corp şirkəti təhlükəsizlik yastıqlarının qəza zamanı açılmaması ilə bağlı elektron nasazlığı səbəbindən 3,4 milyon avtomobili geri çağırdığını açıqlayıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, şirkətin açıqlamasına görə, geri çağırış ABŞ-da olan 2,9 milyon nəqliyyat vasitələrinə şamil edilir. Bunlar “Corolla” (2011-2019-cu illər), “Matrix” (2011-2013-cü illər), “Avalon” (2012-2018-ci illər) və “Avalon Hybrid” (2013-2018-ci illər) modelləridir.

Bildirilir ki, bu avtomobillərdə elektrik müdaxiləsinə qarşı kifayət qədər müdafiəyə malik olmayan elektron idarəetmə bloklayıcısı quraşdırılıb ki, bu da qəza hallarında təhlükəsizlik yastıqlarının düzgün işləməməsinə səbəb ola bilir.

Bununla əlaqədar “Toyota”nın avtomobil servis mərkəzlərində mütəxəssislər belə hallara qarşı xüsusi mühafizə quraşdıracaq.

apa-logo-mini

Digər xəbərlər