"United Airlines" aviaşirkətinə məxsus təyyarə qəza enişi edib

"United Airlines" aviaşirkətinə məxsus təyyarə qəza enişi edib
# 17 dekabr 2019 08:37 (UTC +04:00)

United Airlines aviaşirkətinin təyyarəsi San-Dieqo Çikaqo marşrutu ilə uçuş həyata keçirən zaman mühərrikin yanması səbəbindən Albukerke (Nyu-Meksiko ştatı) hava limanına təcili eniş edib.

APA xəbər verir ki, bu barədə “CNN” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Aviaşirkətin nümayəndəsinə istinad edən “CNN” eniş zamanı heç kimin xəsarət almadığını və reysin sərnişinlərinin başqa bir təyyarə ilə Çikaqoya göndərildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR