ABŞ 43 Belarus vətəndaşına qarşı sanksiya tətbiq edib

ABŞ 43 Belarus vətəndaşına qarşı sanksiya tətbiq edib
  • Clock-gray 06:13
  • calendar-gray 19 Fevral 2021

ABŞ administrasiyası 43 Belarus vətəndaşına qarşı ölkədə “demokratiyanı pozmaq” iddiası əsasında sanksiya tətbiq edib. Onların arasında yüksək vəzifəli məmurlar da var.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinkenin yayımladığı yazılı açıqlamada bildirilir.

“Bu gün ABŞ Dövlət Departamenti Belarusda demokratiyanın pozulmasında cavabdeh olan 43 həmin ölkə vətəndaşına qarşı viza məhdudiyyəti tətbiq edilməsi üçün Amerika Prezidentinin 8015 saylı Bəyannaməsinə uyğun olaraq addımlar atıb. Bu o deməkdir ki, onlar əsasən ABŞ-a giriş hüququndan məhrum edilirlər”, - deyə sənəddə qeyd olunub.

Qara siyahıya “ədliyyə sektorundan olan yüksək rütbəli məmurlar, hüquq mühafizə orqanlarının rəhbərləri, dinc nümayişçiləri saxlayan və onlarla yersiz rəftar edən rəsmi orqanların sıravi işçiləri, nümayişçilərin və jurnalistlərin həbs cəzasına məhkum edilməsində iştirak edən hakimlər və prokurorlar, eləcə də nümayişlərdə tələbələri iştirak etməmələri üçün hədələyən ali təhsil müəssisələrinin inzibati heyəti” daxil edilib.

ABŞ-ın xarici siyasət idarəsi rəhbərinin sözlərinə görə, Belarus hakimiyyəti etirazçılara, vətəndaş cəmiyyəti fəallarına və jurnalistlərə qarşı şiddət tətbiq etməkdə davam edir.

apa-logo-mini

Digər xəbərlər