ABŞ Avropa Birliyi vasitəsilə İranla danışıqlar aparır

ABŞ Avropa Birliyi vasitəsilə İranla danışıqlar aparır
# 13 mart 2021 01:08 (UTC +04:00)

Rəsmi Vaşinqton Avropa Birliyi vasitəsilə İranla dolayı diplomatik danışıqlar aparır və nüvə razılaşması ətrafındakı vəziyyətlə bağlı Tehranın fikirlərini gözləyir.

APA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan cümə günü keçirdiyi brifinqdə bildirib.

“İranla diplomatiya davam edir, ancaq hazırda birbaşa şəkildə deyil. Nüvə anlaşmasına riayət olunmasının vacibliyi ilə bağlı mövqeyimizi İran tərəfinə çatdırmaqda köməklik edən və onların fikirlərini öyrənən AB və digərləri vasitəsi ilə əlaqələr var. Hazırkı mərhələdə iranlıların bundan sonra necə davam etmək istədikləri ilə bağlı sonrakı fikirlərini öyrənməyə çalışırıq, ancaq bizim nöqteyi-nəzərimizdən bu, asan olmayacaq. Bununla belə, inanırıq ki, hazırda irəliləyə biləcəyimiz və yekun nəticədə məqsədimizin İranın nüvə silahı istehsalının qarşısını almaq olan və bunu diplomatiya yolu ilə təmin edə biləcəyimiz diplomatik prosesdəyik”, - Sallivan belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR