ABŞ Bağdad etirazlarındakı qətllərə görə üç iraqlını qara siyahıya salıb

ABŞ Bağdad etirazlarındakı qətllərə görə üç iraqlını qara siyahıya salıb
# 07 dekabr 2019 01:02 (UTC +04:00)

ABŞ hakimiyyəti Bağdadda hökumət əleyhinə keçirilən etiraz aksiyalarında, Vaşinqtonun təbirincə, iştirakçıların ölümü ilə əlaqəsi olan 3 İraq vətəndaşına qarşı sanksiya tətbiq edib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

“Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İraqda fəaliyyət göstərən və dinc etirazçılara atəş açan, onlarla günahsız dinc etirazçının ölümünə səbəb olan, İranın dəstəklədiyi üç ordu rəhbərinin adını sanksiya siyahısına daxil edib”, - deyə nazirlik bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR