ABŞ Bəhreyn üçün "Patriot" sistemlərinin istehsalına başlayır

ABŞ Bəhreyn üçün "Patriot" sistemlərinin istehsalına başlayır
# 10 mart 2020 07:29 (UTC +04:00)

ABŞ Bəhreyn Krallığı üçün “Patriot” Hava Hücumundan Müdafiə Sistemlərinin istehsalına başlayır.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə hava hücumundan müdafiə sistemini istehsal edən “Raytheon” şirkətinin mətbuat xidməti bildirib.

“Bəhreyn Krallığının maraqlarına uyğun “Patriot” hava hücumundan müdafiə sistemlərinin istehsalına başlamaq üçün “Raytheon” şirkəti ilə 551 milyon dollar dəyərində müqavilə imzalanıb. Razılaşma 31 yanvarda bağlanıb”, - deyə məlumatda qeyd olunub,

Bəhreyn üçün hava hücumundan müdafiə sistemlərinin alınması ABŞ ordusu vasitəsi ilə həyata keçiriləcək. Şirkətdən verilən məlumata görə, “Patriot” hava hücumundan müdafiə sistemləri Bəhreyn Krallığına və digər 16 ölkəyə çatdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR