ABŞ COVID-19-la mübarizədə Fələstinə 5 milyon dollar ayırır

ABŞ COVID-19-la mübarizədə Fələstinə 5 milyon dollar ayırır
# 17 aprel 2020 02:38 (UTC +04:00)

ABŞ koronavirusla mübarizə məqsədilə Fələstinə 5 milyon dollarlıq yardım göstərəcək.

APA xəbər verir ki, bu barədə “Maannews” agentliyi məlumat yayıb.

“ABŞ-ın İsraildəki səfiri Devid Fridman bildirib ki, onun ölkəsi koronavirusla mübarizə məqsədilə fələstinlilərə 5 milyon dollar həcmində xüsusi qrant çatdıracaq. ABŞ-ın qrantı xəstəxanalara və yoxsul ailələrə veriləcək”, - deyə agentlik Fridmandan sitat gətirərək yazıb.

Qeyd edək ki, Prezident Donald Tramp Fələstin ərazilərinin bir hissəsinin İsrail tərəfindən ilhaq edilməsini tanıyan Fələstin-İsrail münaqişəsi ilə bağlı “əsrin müqaviləsi”ni elan etməsindən sonra Fələstin ABŞ-la əlaqə qurmaqdan imtina edib. ABŞ-ın fələstinlilərə maddi yardımı dayandırması və ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsi ilə Ramallah və Vaşinqton arasındakı münasibətlər tədricən pisləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR