ABŞ Çexiya ilə 650 milyon dollar dəyərində 12 helikopterin tədarükü üçün müqavilə imzalayıb

ABŞ Çexiya ilə 650 milyon dollar dəyərində 12 helikopterin tədarükü üçün müqavilə imzalayıb
# 13 dekabr 2019 05:11 (UTC +04:00)

Pentaqon rəhbəri Mark Esper və Çexiyanın Müdafiə naziri Lubomir Metnar Çexiyaya təxminən 650 milyon dollar dəyərində 12 helikopter tədarük edilməsi barədə saziş imzalayıblar.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Tərəflər Çexiyanın səkkiz “UH-1Y Venom” çoxməqsədli helikopteri və dörd “AH-1Z Viper” hücum helikopteri ilə təmin edilməsinə dair müqavilə imzalayıblar. Mark Esperin “tarixi bir an” adlandırdığı müqavilə təxminən 650 milyon dollara bağlanıb. Bu, Çexiyanın ABŞ-la etdiyi ən böyük hərbi ticarətdir”, - deyə məlumatda qeyd olunur.

Pentaqondan bildirilib bu razılaşma Rusiyaya qarşı yönəlib: “Biz NATO müttəfiqlərimizlə birlikdə Rusiyadan artan təcavüzə qarşı mübarizə aparmağa davam edəcəyik. Həmçinin Çinin 5G texnologiyaları sahəsindəki təhdid və təhlükələrinə qarşı çıxmaq üçün də birlikdə çalışacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR