ABŞ Dövlət Departamenti Sinqapura 12 ədəd "F-35B" qırıcısının satışına icazə verib

ABŞ Dövlət Departamenti Sinqapura 12 ədəd "F-35B" qırıcısının satışına icazə verib
  • Clock-gray 04:27
  • calendar-gray 10 Yanvar 2020

ABŞ Dövlət Departamenti Sinqapura Lockheed Martin” şirkətinin istehsal etdiyi ən son 12 ədəd F-35B qırıcı təyyarəsinin və bu təyyarələr üçün avadanlıqların 2,75 milyard dollara satılmasını təsdiqlədi.

APA xəbər verir ki, bu barədə Pentaqonun tabeliyində olan Müdafiə və Təhlükəsizlik Agentliyindən verilən məlumatda deyilir.

“Bu gözlənilən satış Amerika Birləşmiş Ştatlarının xarici siyasətinə və milli təhlükəsizlik məqsədlərinə çatmağa kömək edəcək. Sinqapur strateji dost və təhlükəsizlik sahəsində əsas tərəfdaş, eləcə də Asiya-Sakit Okean bölgəsində siyasi sabitlik, iqtisadi tərəqqi üçün vacib bir qüvvədir. Bu təyyarələrin mümkün satışı və onlara texniki dəstəyin göstərilməsi bölgədəki əsas hərbi tarazlığı dəyişdirməyəcək”, - məlumatda belə deyilir.

Tədarükün vaxtı və şərtləri məlumatda göstərilmir, çünki Sinqapurla müqavilə hələ bağlanmayıb. Dövlət Departamentinin qərarı yalnız belə bir imkana şərait yaradır.

“F-35B” təyyarələri qısa məsafədən uçuş və şaquli eniş qabiliyyəti ilə tanınır. Bu modifikasiya ABŞ Dəniz Qoşunları üçün hazırlanıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date