ABŞ Dövlət Departamenti dünyada dini etiqad azadlığı ilə bağlı illik hesabatını yayıb

ABŞ Dövlət Departamenti dünyada dini etiqad azadlığı ilə bağlı illik hesabatını yayıb
  • Clock-gray 02:16
  • calendar-gray 11 İyun 2020

 

ABŞ Dövlət Departamenti dünyada dini etiqad azadlığının vəziyyəti ilə bağlı 2019-cu il üçün illik hesabatını dərc edib. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Departamentin mətbuat xidməti məlumat yayıb.

Hesabata əsasən, Rusiya və Çində dini etiqad azadlığının pozulduğu iddia edilir.

Bildirilib ki, Rusiya hakimiyyəti dini azlıq qruplarını ekstremizmə görə günahlandırmaqda davam edir. Nümunə kimi, Rusiya Federasiyası ərazisində qadağan olunmuş "Yehova Şahidlərinin İdarəetmə Mərkəzi" və "Hizb ut-Təhrir" qruplaşması göstərilib.

ABŞ Dövlət katibi Mayk Pompeo hesabatla bağlı keçirilən brifinqdə Çindəki vəziyyətə də diqqət yetirib: "Çində bütün dinlərə qarşı dövlət tərəfindən dəstəklənən repressiyalar şiddətlənməkdə davam edir. Çin Kommunist Partiyası kommunist təlimlərinə uyğun hərəkət edir”.

Eyni zamanda, Pompeo Özbəkistanda dini etiqad azadlığının vəziyyətinin yaxşılaşdığını vurğulayıb: "Özbəkistan hakimiyyəti dini etiqad azadlığının vəziyyətini yaxşılaşdırmaq üçün addımlar atıb və bu istiqamətdə işlər davam edir".

 

Rəşad Sarıyev

Digər xəbərlər