ABŞ Fələstinə humanitar yardımı bərpa etməyi düşünür

ABŞ Fələstinə humanitar yardımı bərpa etməyi düşünür
# 03 fevral 2021 05:32 (UTC +04:00)

ABŞ-ın yeni administrasiyası Fələstinə humanitar yardımın verilməsini bərpa etmək niyyətindədir.

APA TASS-a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinqdə bildirib.

“ABŞ Fələstin xalqına humanitar yardımı bərpa etmək niyyətindədir. Biz bunu yaxşılıq olaraq deyil, ABŞ-ın maraqlarına cavab verdiyi üçün edirik”, - Prays belə deyib.

Onun sözlərinə görə, Vaşinqton “Fələstinə yardımları ən qısa müddətdə bərpa etməyə çalışır”.

Qeyd edək ki, Fələstinə humanitar yardımın dayandırmılması barədə qərar keçən il ABŞ-ın 45-ci prezidenti Donald Tramp tərəfindən verilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR