ABŞ Fransa mallarına rüsum tətbiq edə bilər

ABŞ Fransa mallarına rüsum tətbiq edə bilər
  • Clock-gray 07:02
  • calendar-gray 03 Dekabr 2019

Fransanın ABŞ şirkətlərini rəqəmsal vergiyə cəlb etməsi ilə əlaqədar ABŞ Fransa mallarına təxminən 2,4 milyard dollar məbləğində rüsum tətbiq edə bilər.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəlik aparatından verilən açıqlamada bildirilir.

“ABŞ nümayəndəliyi aparatı 1974-cü il Ticarət Qanununun 301-ci maddəsinə əsasən, istintaqın birinci mərhələsini başa çatdırıb və Fransanın ABŞ şirkətlərinə qarşı ayrı-seçkilik etdiyinə dair qənaətə gəlib. Aparatın bugünkü qərarı ABŞ şirkətlərinə qarşı ayrı-seçkilik edən və ya onları yükləyən rəqəmsal vergi rejimlərinə qarşı tədbirlər görüləcəyinə dair açıq-aşkar siqnal göndərir”, - deyə məlumatda qeyd olunur.

Bildirilir ki, “vergi tətbiq oluna biləcək Fransa malları”nın siyahısına 63 maddə daxildir. Təxmini ticarət dəyəri 2.4 milyard dollardır”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date