ABŞ Honkonq məsələsinə görə Çinə qarşı sanksiya siyahısını genişləndirib

ABŞ Honkonq məsələsinə görə Çinə qarşı sanksiya siyahısını genişləndirib
# 15 yanvar 2021 23:41 (UTC +04:00)

ABŞ Honkonqdakı vəziyyətlə əlaqədar bir neçə Çin vətəndaşını sanksiya siyahısına daxil edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin verdiyi məlumatda qeyd olunub.

Ümumilikdə siyahıya altı nəfər daxil edilib. Onların arasında Çin vətəndaşları da var. Bundan başqa, Honkonq Polis Komissarının müavini Frederik Çoi də sanksiya ilə üzləşib.

ABŞ son zamanlarda ÇXR-ə və Çin Kommunist Partiyasının rəsmilərinə qarşı azlıqlara zülm, insan haqlarının pozulması, Honkonq muxtariyyətinin pozulması və bu kimi digər bəhanələrlə sanksiyalar tətbiq edib, buna bənzər bir sıra addımlar atıb. Çin isə öz növbəsində ABŞ-ın bütün ittihamlarını rədd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR