ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasında atəş açan sanitar öldürülüb

ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasında atəş açan sanitar öldürülüb
  • Clock-gray 05:21
  • calendar-gray 07 Aprel 2021

ABŞ-ın Merilend ştatının Frederik şəhərində yerləşən Hərbi Dəniz Qüvvələrinə məxsus “Fort Dietrick” hərbi bazasına atəş açan bir nəfər öldürülüb.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə şəhərin polis rəisi Ceyson Lendo məlumat verib.

Lendo bildirib ki, ölən şəxs əvvəlcə bazanın biznes-parkında atəş açıb və sonra maşınla 6 km məsafədə yerləşən “Fort Dietrick”ə doğru hərəkət edib: “Orada da atəş açaraq iki nəfər ağır yaralayıb. Yaralılar xəstəxanaya yerləşdirilib”.

Qeyd edək ki, hadisə ilə bağlı ABŞ Hərbi Dəniz Qüvvələri “Twitter” hesabında məlumat yerləşdirib. Bildirilib ki, öldürülən şəxs bazanın sanitarıdır. 

 

apa-logo-mini

Digər xəbərlər