ABŞ Hərbi Dəniz Qüvvələrinin desant gəmisində yanğın 4 gün sonra söndürülüb

ABŞ Hərbi Dəniz Qüvvələrinin desant gəmisində yanğın 4 gün sonra söndürülüb
# 17 iyul 2020 07:14 (UTC +04:00)

San Dieqoda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Bonhomme Richard” (LHD 6) universal desant gəmisində baş verən yanğın 4 gün sonra söndürülüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Sakit Okean Donanmasının kontr-admiralı Filip Sobek ABŞ Silahlı Qüvvələrinin sosial şəbəkələrdə birbaşa yayımlanan mətbuat konfransında bildirib.

F.Sobek “USS Bonhomme Richard”da yanğının bazar günü baş verdiyini vurğulayıb: “Yanğın gəmiyə texniki xidmət göstərilərkən başlayıb. Həmin vaxt gəminin göyərtəsində 160-a yaxın dənizçi var idi”.

Yanğının söndürülməsi zamanı 60-a yaxın yanğınsöndürən və dənizçi qatı tüstü və yüksək temperaturdan müxtəlif dərəcəli xəsarətlər alıb.

Kontr-admiral əlavə edib ki, yanğın hadisəsi donanmanın döyüş hazırlığına xələl gətirməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR