ABŞ İrana qarşı sanksiya siyahısını genişləndirib

ABŞ İrana qarşı sanksiya siyahısını genişləndirib
  • Clock-gray 07:28
  • calendar-gray 06 Yanvar 2021

ABŞ İrana qarşı tətbiq olunan sanksiya siyahısına daha 16 müəssisəni əlavə edib, onların əksəriyyəti aparıcı İran istehsalçıları da daxil olmaqla polad istehsalı ilə bağlıdır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında deyilir.

Siyahıda 13 İran müəssisəsi ilə yanaşı, Almaniya, Böyük Britaniya və Çindən olan bir təşkilat da var.

Söhbət “Bonab Steel Industry Complex”, “Gilan Steel Complex”, “Khazar Steel Co.”, “Pasargad Steel Complex”, “Sirjan Iranian Steel” və digərlərindən gedir.

“Bugünkü qərar İran rejiminə əhəmiyyətli dərəcədə gəlir gətirən polad sektoru da daxil olmaqla İran iqtisadiyyatının bir sıra sahələrinə sanksiya tətbiqini nəzərdə tutan prezidentin 13871 saylı Fərmanına uyğun olaraq verilib”, - nazirliyin məlumatında belə deyilir.

Siyahıda İranın 12 qabaqcıl polad və digər metal məhsulları istehsalçısı və üç xarici ortağı da yer alıb. Hesabatda deyilir ki, Çin şirkəti “Kaifeng Pingmei New Carbon Materials Technology Co. Ltd.” polad istehsalı prosesində lazım olan qrafit elektrodlarının əsas tədarükçüsüdür.

Bundan əlavə, sanksiyalar İranın nəqliyyat şirkəti olan “Hafez Darya Arya Shipping Company”nin iranlı rəhbər şəxslərindən birinə qarşı da tətbiq edilib.

apa-logo-mini

Digər xəbərlər