ABŞ İrana qarşı tətbiq edilmiş bütün sanksiyaları ləğv etməyi düşünmür

ABŞ İrana qarşı tətbiq edilmiş bütün sanksiyaları ləğv etməyi düşünmür
# 10 aprel 2021 03:07 (UTC +04:00)

İran Birgə Hərtərəfli Fəaliyyət Planı qarşısındakı öhdəliklərinin icrasına başlasa da, ABŞ bu ölkəyə qarşı tətbiq olunan bütün sanksiyaları ləğv etməyə hazır deyil.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yüksək vəzifəli bir nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ Birgə Hərtərəfli Fəaliyyət Planını tərk etdikdən sonra İrana qarşı tətbiq edilmiş sanksiyaları ləğv etməyə hazırdır, ancaq gərək Tehran bu razılaşmaya əməl etsin.

“Bu, bütün sanksiyaların götürüləcəyi demək deyil, çünki bəzi qanuni sanksiyalar da var, hətta Birgə Hərtərəfli Fəaliyyət Planının diqqətlə araşdırılması zamanı da bunu görmək olar. Plana əsasən, ABŞ terrorçuluq və insan haqlarının pozulmasına qarşı sanksiyalar tətbiq edə bilər”, - Dövlət Departamentinin nümayəndəsi belə deyib.

O bildirib ki, ABŞ tətbiq olunan sanksiyaları “təfərrüatı ilə nəzərdən keçirməli” və hansının qaldırılacağına, hansının saxlanılacağına qərar verməlidir.

Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə Birgə Komissiyanın iclası bu həftə Vyanada siyasi direktorlar səviyyəsində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR