ABŞ İrandakı Fordou nüvə obyektinə tətbiq olunan sanksiyaları bərpa edir

ABŞ İrandakı Fordou nüvə obyektinə tətbiq olunan sanksiyaları bərpa edir
# 16 dekabr 2019 08:10 (UTC +04:00)

“ABŞ İranın Fordoudakı nüvə obyektinə qarşı dekabrın 15-dən etibarən birtərəfli məhdudiyyətləri bərpa edir”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

O, sanksiyaların bərpasının Rusiyaya təsir edib-etməyəcəyi sualına cavab verməyib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov Moskvanın Fordoudakı nüvə obyektinin modernləşdirilməsi layihəsini dayandırmasına baxmayaraq, burada fəaliyyət üçün yeni şərtlərə reaksiya verməsi üçün vaxt lazım olduğunu açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR