ABŞ İranı koronavirusla bağlı informasiyaları gizlətməkdə ittiham edib

ABŞ İranı koronavirusla bağlı informasiyaları gizlətməkdə ittiham edib
# 25 fevral 2020 19:52 (UTC +04:00)

"ABŞ İranın koronavirusla bağlı olduqca vacib informasiyaları gizlətməsindən narahatdır”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo keçirdiyi brifinqdə deyib.

O bildirib ki, yeni yayılan virus nəticəsində ölənlərin sayına görə, İran Çindən sonra ikinci yerdədir.

Qeyd edək ki, daha əvvəl İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Kianuş Cahanpur ölkədə koronavirusa yoluxanların sayının 95-ə çatdığını, onlardan 15-nin öldüyünü demişdi. Həftənin bazar ertəsinə olan məlumata görə isə xəstəliyə yoluxanların sayı 34 nəfər, ölənlərin sayı isə üç dəfə artıb. Bu isə fevralın 19-dan bəri koronavirusa yoluxan ölkələr arasında ən yüksək göstəricidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR