ABŞ İraqa sanksiyalar tətbiq edə bilər

ABŞ İraqa sanksiyalar tətbiq edə bilər
# 15 yanvar 2020 06:24 (UTC +04:00)

“İraq Rusiyadan S-400 zenit-raket kompleksi alacağı təqdirdə, ABŞ-ın sanksiyaları ilə üzləşə bilər”.

APA RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Yaxın Şərq üzrə köməkçisinin birinci müavini Coi Hud deyib.

“Sözügedən satınalma sanksiyalar üçün bir tətik ola bilər, buna görə tərəfdaşlarımıza belə alış-veriş etməməyi məsləhət görürük”, - deyə C.Hud Vaşinqtonda Yaxın Şərq Araşdırmaları İnstitutunda keçirilən tədbirdə bildirib.

Qeyd edək ki, İraq Rusiyaya məxsus S-400 zenit-raket sistemlərinin alınmasını nəzərdən keçirir və bu barədə rəsmi Moskva ilə məsləhətləşmələrə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR