ABŞ Konqresi Co Baydenin impiçmentini təklif edən konqresvumeni cəzalandırıb

ABŞ Konqresi Co Baydenin impiçmentini təklif edən konqresvumeni cəzalandırıb
# 05 fevral 2021 07:41 (UTC +04:00)

ABŞ Nümayəndələr Palatasında qıcıqlandırıcı çıxış etməkdə və Demokratlara qarşı şiddəti dəstəkləməkdə ittiham olunan Respublikaçı konqresvumen Marcori Teylor Grinin iki komitədəki vəzifələrindən məhrum edilməsi üçün səsvermə keçirilib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qrinin büdcə komitəsindəki, eləcə də təhsil və əmək məsələləri komitəsindəki vəzifələrindən kənarlaşdırılması üçün, 11 Respublikaçı da daxil olmaqla, Nümayəndələr Palatasının 230 üzvü səs verib.

Marcori Teylor Grin müxtəlif sui-qəsd nəzəriyyələrini dəstəkləməsi ilə tanınır. Bundan başqa, o, Nümayəndələr Palatasında ABŞ-ın yeni prezidenti Co Baydenin öz vəzifəsinə başladığı ilk gündə onun impiçmenti ilə bağlı maddə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR