ABŞ Konqresi Uilyam Bernsi MKİ-nin rəhbəri vəzifəsinə təsdiqləyib

ABŞ Konqresi Uilyam Bernsi MKİ-nin rəhbəri vəzifəsinə təsdiqləyib
# 19 mart 2021 00:56 (UTC +04:00)

ABŞ Konqresinin Senatı ölkənin Rusiyadakı keçmiş səfiri Uilyam Bernsi Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri vəzifəsinə təsdiqləyib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Senatın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Bernsin namizədliyi yekdilliklə təsdiqlənib. O, yaxın zamanda and içəcək.

U.Berns 2005-2008-ci illərdə ABŞ-ın Rusiya Federasiyasındakı səfiri olub. 2011-2014-cü illərdə ABŞ Dövlət katibinin birinci müavini vəzifəsində çalışıb, son dövrlərə qədər isə Karneqi Fondunun prezidenti olub. Berns 2020-ci ilin dekabrında ABŞ-Rusiya münasibətlərindən danışarkən, Moskva ilə Vaşinqton arasında qarşılıqlı əlaqə üçün “dar çərçivəli imkanlar” olduğunu bildirib. O, həmçinin Rusiyanın Yaxın Şərqdəki təsir gücünün artmasına toxunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR