ABŞ Konqresi bu gün Co Baydeni prezident postuna təsdiq edib

ABŞ Konqresi bu gün Co Baydeni prezident postuna təsdiq edib
  • Clock-gray 12:58
  • calendar-gray 07 Yanvar 2021

Co Baydenin noyabrda keçirilmiş prezident seçkilərində qələbəsi təsdiqlənib.

APA-nın "NBCNews"a istinadən verdiyi xəbərə görə, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı Co Baydenin qələbəsini təsdiqləyib.

Respublikaçılar Partiyasının bir neçə təmsilçisi Arizona və Pensilvaniyada keçirilən seçki nəticələri ilə bağlı etirazlarını bildirsələr də, hər iki palatadan olan üzvlər proses başladıqdan 14 saat sonra elektoral kollecin nəticələrini qəbul edib.

Co Bayden 270-dən çox elektoral səs toplayıb. Konqresin bu təsdiqləməsi ilə noyabr səsverməsinin nəticələrinin ümumiləşdirmə prosesinə və ABŞ administrasiyasının növbəti rəhbərinin rəsmi olaraq kim olduğu barədə mübahisələrə son qoyulur.

Qeyd edək ki, ABŞ-ın yeni prezidenti kimi Co Baydenin andiçmə mərasimi yanvarın 20-nə planlaşdırılıb.

Zümrüd Paşkin

Digər xəbərlər