ABŞ Konqresinin binasında atışma zamanı yaralanan qadın ölüb - YENİLƏNİB

ABŞ Konqresinin binasında atışma zamanı yaralanan qadın ölüb - YENİLƏNİB
# 07 yanvar 2021 03:29 (UTC +04:00)

ABŞ Konqresində etiraz aksiyaları zamanı yaralanan qadın ölüb.

APA xəbərə verir ki, bu barədə yerli "NBC News" məlumat yayıb.

***

00:56

ABŞ Konqres binası qarşısında keçirilən etiraz aksiyası zamanı atışma baş verib.

APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, iştirakçılarından biri sinəsindən güllə yarası alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR