ABŞ Konqresinin yeni tərkibi öz işinə başlayıb

ABŞ Konqresinin yeni tərkibi öz işinə başlayıb
# 03 yanvar 2021 22:11 (UTC +04:00)

ABŞ Konqresinin noyabr seçkilərində seçilən yeni tərkibi Senat üzərində nəzarətin hələ təyin olunmadığı şəraitdə öz işinə başlayıb.

APA xəbər verir ki, Nümayəndələr Palatası ilk iclasını keçirib, Senat da sessiyada toplanıb. İki palatanın yeni tərkibi rəsmi olaraq 117-ci konqresin adını daşıyır.

Yeni tərkibdə Demokratlar, zəif də olsa, Nümayəndələr Palatası üzərində nəzarəti əllərində saxlaya biliblər. Hazırda onlar Respublikaçıların 211 səsinə qarşı 222 səsə sahibdirlər. Bir dairədə qalib hələ təyin olunmayıb, digərində isə yeni seçilmiş konqresmen Lyuk Letlou konqres iclasına az qalmış koronavirusdan ölüb.

Nensi Pelosinin Nümayəndələr Palatasının sədri kimi iki il müddətinə yenidən seçilməsi gözlənilir. O, məhdud müxalifətlə Demokratların fraksiyasına 2003-cü ildən nəzarət edir.

Eyni zamanda, Respublikaçı Mitç Makkonnell 5 yanvarda Corciya ştatının iki dairəsində keçirilmiş əlavə seçkilərdən sonra Senatda çoxluq lideri kimi yerini itirə bilər. Demokratlar hər iki bölgədə qalib gəlsələr, senatorların sayı 50:50 olacaq və gələcək vitse-prezident Kamala Harris Senat sədri kimi bərabər səslə Demokratlara səs verə biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR