ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib

ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
# 04 iyun 2020 04:45 (UTC +04:00)

ABŞ yeddi təşkilata məhdudiyyətlər qoymaqla Kubaya qarşı sanksiyalar siyahısını genişləndirib.

APA xəbər verir ki, bu barədə dövlət katibi Mayk Pompeonun çərşənbə günü yaydığı bəyanatda deyilir. Mətndə həmin təşkilatların Kuba ordusu ilə əlaqəli olduğu iddia edilir.

“ABŞ Kubadakı yeddi təşkilatın siyahısını təqdim edib. Kuba hakimiyyəti Venesuelanın işlərinə müdaxilə etmək məqsədilə insanlara təzyiq göstərmək üçün bu təşkilatların mənfəətlərindən istifadə edir. Təşkilatlara hərbçilər tərəfindən nəzarət olunan bir maliyyə müəssisəsi, üç otel, iki dalğıc mərkəzi və bir akvapark daxildir”, - deyə bəyanatda qeyd olunur.

Dövlət Departamenti hesab edir ki, Kubadakı turizm sənayesinin böyük bir hissəsi hərbi rejim tərəfindən idarə olunur, buna görə ABŞ bu ölkəyə gələn hər kəsi xırda müəssisələrin xidmətlərindən istifadə etməyə çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR