ABŞ Liviya səmasında yoxa çıxan PUA-nın Rusiya tərəfindən vurulduğunu iddia edib

ABŞ Liviya səmasında yoxa çıxan PUA-nın Rusiya tərəfindən vurulduğunu iddia edib
# 07 dekabr 2019 13:12 (UTC +04:00)

ABŞ bu ilin noyabrında Liviya səmasında yoxa çıxan pilotsuz uçuş aparatının Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğunu iddia edib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ ordusunun Afrika Komandanlığının rəhbəri, ordu generalı Stiven Tounsend bildirib.

"Hava Hücumundan Müdafiə Qüvvələrinin operatorları pilotsuz uşuş aparatını vurarkən onun kimə məxusus olduğunu bilməyiblər. Lakin indi bunu bilirlər, ancaq onun qalıqlarını geri qaytarmaqdan imtina edirlər. Onlar bildirir ki, PUA-nın harada olduğunu bilmirlər, ancaq mən buna inanmıram", deyə ABŞ ordu generalı qeyd edib.

Xatırladaq ki, ABŞ-ın Afrika Komandanlığına aid uzaqdan idarə olunan silahsız uçuş aparatı noyabrın 21-də Liviyanın paytaxtı Tripoli səmasında radarlardan itib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR