ABŞ Milli Qvardiyasının əsgərləri Los-Anceles şəhərindən çıxarılır

ABŞ Milli Qvardiyasının əsgərləri Los-Anceles şəhərindən çıxarılır
# 08 iyun 2020 02:03 (UTC +04:00)

ABŞ Los-Anceles şəhərinə yerləşdirilmiş Milli Qvardiyasının əsgərlərinin çıxarılmasına başlanılır.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “KTLA” telekanalı məlumat yayıb.

Milli qvardiyaçılar baş verən kütləvi etiraz aksiyaları fonunda bir həftə əvvəl bu şəhərə göndərilmişdi. Əsgərlər şəhər rəhbərliyinin inzibati binasını mühafizə etməklə yanaşı, aksiyalar zamanı təhlükəsizliyin qorunmasında polisə köməklik göstərib.

Mayın 31-dən 4 iyunadək Los-Ancelesdə, həmçinin komendant saatı tətbiq olunub. Etiraz aksiyaları artıq iğtişaşlarla müşayiət olunmadığından, cümə axşamı günü şəhərin meri Erik Qarsetti komendant saatının müddətini uzatmamaq barədə qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR